ÖLKƏ

Oxundu: 105
Mənzillərə istiliyin verilmə vaxtı açıqlandı

Mənzillərə istiliyin verilmə vaxtı açıqlandı

islaminSesi bildirir ki, bu günün sonunadək paytaxt ərazisindəki bütün mənzillər istiliklə təmin olunacaq

Hər il olduğu kimi, bu il də noyabrın 15-dən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməsi nəzərdə tutulsa da, bir çox evlərə istilik verilməyib. Sputnik Azərbaycan bunun səbəbini "Azəristiliktəchizat"ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevdən soruşub.

R. Əliyev məsələyə aydınlıq gətirərək bildirib ki, istilik bəzi yerlərə verilib, amma istilik verilməyən mənzil və obyektlər də var: “Səbəb isə odur ki, bizim 550 qazanxanamız var. Hamısını eyni vaxtda işə salmaq mümkün deyil. İşləri sürətləndirmişik. Bu günün sonunadək paytaxt ərazisindəki bütün mənzillər istiliklə təmin olunacaq”.




Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system