NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mənim yanıma bunlarla gəlin ki sizə şəfaətçi olum – Həzrət Peyğəmbər (s)

Oxundu: 2416
Mənim yanıma bunlarla gəlin ki sizə şəfaətçi olum – Həzrət Peyğəmbər (s)

“'Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (Bəqərə-156)

İslaminSesi.info- Məad bəhsi Allahı tanıma və Peyğəmbəri (s) təsdiqdən sonra İslam dininin üçüncü əsas etiqadi məsələsidir. Məad sözünün mənası qayıdış yeri, dönüş nöqtəsi mənasındadır. Dini istilahda bu sözün mənası qiyamət və ya Allaha dönüş kimi dəyərləndirilir. Kər kəsin məada inanması şərt və vacibdir. Çünki bu bütün səmavi dinlərin və peyğəmbərlərin (ə) insanlara çatdırmaq istədiyi ən mühüm məsələdir:

 

“'Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (Bəqərə-156)

 

Bütün peyğəmbərlər (ə) və səmavi kitablar bizim Allahın hüzuruna “əliboş” qayıtmamağımız üçün göndərilib!

 

Həzrəti Peyğəmbər (s) buyurub:

 

“Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)

 

1-Danışarkən yalan danışmayın,

2- Vədə verdiyiniz zaman xilaf çıxmayın,

3- Sizə bir şey əmanət edildikdə xəyanət etməyin,

4- Gözlərinizi yumun (harama),

5- Ayıb yerlərininzi hifz edin (bədəninizi,həyanızı və iffətinizi qoruyun),

6- Dilinizi və əlinizi qoruyun! (haramdan, yalandan, iftiradan, qeybətdən, oğurluqdan...)

 

“Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)”

(Xisal 1/321)

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system