NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MƏDƏNİYYƏT

Oxundu: 1215

"Mənim Ermənistanım” mahnısının müəllifi olan erməni müğənni Bakıda konsert verəcək

26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mgoyan da qatılacaq

İslaminSesi xəbər verir ki, erməni müğənni festivalın son günü – iyulun 29-da səhnəyə çıxacaq.

 

Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsindəndir.

 

Onu da bildirək ki, Zara Mgoyan "Mənim Ermənistanım” mahnısı ilə də tanınır.

 

Qeyd edək ki, "Jara-2018” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system