ÖLKƏ

Oxundu: 189
 “Mənə

“Mənə "pretenziya" etməyin” - Oqtay Əsədov

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.

"İslaminSesi.info" -nın xəbərinə görə, buna səbəb bələdiyyələrinin fəaliyyətinə nəzarət edən orqanın illik hesabat məruzəsinin parlamentin fevralın 13-də keçirilən plenar iclasında müzakirəsi zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirovdan sonra çıxış üçün söz verilməməsi olub.

 

“Əslində, komitə sədri olaraq, ədliyyə nazirinin müavininin hesabatından sonra mənə ilk olaraq çıxış üçün söz verilməli idi. Amma verilmədi. Məsləhət sizindir, istəmirsinizsə, heç çıxış etmərəm də...”

 

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, A.Rəhimzadə komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: “Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz. "pretenziya" etməyin”.

 

Spiker isə komitə sədrinin etiraz-iradı ilə razılaşmayıb və əlavə edib ki, sözü olsa, çıxış edə bilər. report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system