NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Mən gözəllikdən savayı heç nə görmədim” – Sadiq dostlar (II hissə)

Oxundu: 306
“Mən gözəllikdən savayı heç nə görmədim” – Sadiq dostlar (II hissə)

Kərbəla səhənəsində müşahidə etdiyimiz gözəllikləri saymaqla bitməz. Amma burada ilk qeyd etmək istədiyimiz gözəllik Kərbəlada varlıqlarından keçən tövbəkarlardır. Onlar öz əməllləri ilə həm insanın pak tövhiddən yarandığını, həm də Allahın necə də Bağışlayan və Mehriban olmasını göstərdilər. Onlar tövbə edərək İmam Hüseynə (ə) qoşulmaqla həm tövbəni və həm də tövbə barəsində nazil olan ayələri praktiki olaraq təfsir etdilər.

 

Allah –taala "Səf" surəsində buyurur: “Kİm mənim üçün canından və malından keçərsə onların bütün günahlarını bağışlayar, əvəzində isə onlara daxilində bağlar, çaylar və göz oxşayan gözəlliklərlə zəngin olan behişt verərəm” .

 

Əlbəttə Allahla belə bir ticarətə qoşulmaq üçün insanda korlanmamış vicdan və səmimi tövhid ruhu lazımdır. Hər kəsdə belə bir xüsusiyyət olarsa imtahanlar zamanı büdrəməyəcək, əksinə Allahın rəhmətinə qovuşaraq hətta dünyada cavidan olaraq qalacaqdır. Kərbəlada üç belə bənzər gözəlliyə şahidik. Hər üçünün, özləri üçün ən dəyərli saydıqlarını Allah yolunda qurban veriblər. Daha doğrusu hər üçü bütün varlıqlarını, istər dünya malından olsun, istərsə də öz canlarını, uf demədən Allah yolunda qurban veriblər.

 

Əziz oxucular, dəyərlər müxtəlifdir. Bəziləri üçün ad, şan-şöhrət, bəziləri üçün ailə, bəziləri üçün var-dövlət və sair. Necə ki, Hürrün dünyada mal dövlətdən savayı daha üstün dəyər verdiyi güc-qüvvəsi və komandanlığı, Züheyrin uzun illər yığıb topladığı var-dövləti, Vəhəbin isə nurlu çöhrəsi, məğrur anası və 20 günlük ailə qurduğu, ailənin hələ nə olduğunu anlamadığı gənc həyat yoldaşı var idi. Onlar əllərində olanları verib dünya tarixinə misilsiz imza atdılar. Siz burada 70 yaşlı Həbib ibn Məzahiri və İmamın digər sadiq dostlarını da əlavə edə bilərsiz. Amma məqsədimiz heç vaxt imamla yaxın olmayan, onların «çeşməsindən” su içməyən və Kərbəlada iman gətirərək hamının qibtə etdiyi kamala imza atanlar olduğu üçün onları qeyd etmədim. Həbib illər boyunca İmam Əliyə (ə) , İmam Həsənə (ə) və İmam Hüseynə (ə) sədaqətlə xidmət etmişdir. Başqa sözlə desək bir ömür özünü Kərbəlaya hazırlamışdı.

 

Amma adlarını qeyd etdiyim tövbə müfəssirləri heç vaxt belə bir səhrada susuz can verəcəklərini düşünməmişdilər.

 

Məqaləni uzatmayaraq Hürr barəsində qısa izah verməklə söhbətə xitam verib Züheyr və Vəhəb haqqında gələn məqalədə yazmaq istərtdim.

 

Hürr ibn Riyah Yezidin ordusundan olmuş, İmamın yolunu bağlamış və istiqaməti Kərbəlaya tərəf döndərmişdi. O, bunların hamısını xəlifənin əmrinə tabe olmaqda görür, Ömər Sədin də İmamı qətlə yetirmək fikrində olmasını güman etmirdi. Amma hadisələrin tədiricən inkişafından Hürr başa düşdü ki, bu qoşun İmam Hüseyni öldürmək barədə qəti qərara gəlmişdir. Buna görə də Ömər Sədlə müzakirədən sonra döyüş meydanından uzaqlaşaraq, yavaş-yavaş İmamın xeymələrinə doğru hərəkət edir. Bunu müşahidə edən kufəlilərdən Mühacir adlı bir nəfər onun əvvəlcə İmamın qoşununa hücum etməsini düşünür. Buna görə ona yaxınlaşıb soruşdu: Hücum etmək istəyirsənmi? Lakin cavab eşitmədi, yalnız görürdü ki, Hürrün bədəni lərzəyə düşmüşdür, dedi: –Mən sənin işindən təəccüb edir və barəndə şəkkə düşmüşəm. Allaha and olsun, indiyə kimi səni heç vaxt bu halda görməmişdim. Məndən Kufənin ən şücaətli pəhləvanı barədə soruşsaydılar, yalnız sənin adını deyərdim. Bu nə haldır?

 

Hürr dedi: –Mən elə bu andan etibarən behiştlə cəhənnəmin arasındayam, amma Allaha and olsun ki, hətta məni tikə-tikə doğrayıb odda yandırsalar da, heç nəyi behiştdən üstün saymayacağam. Bunu deyib atını çapdı, əllərini başına qoyan halda İmam Hüseynə tərəf getdi. Gözlərindən yaş axan halda, zümzümə edirdi: "İlahi, Sənə tərəf qayıdıram, ümidvaram ki, tövbəmi qəbul edəsən. İlahi, mən sənin dostlarının və peyğəmbərinin övladlarının qəlblərini qorxuya salmışam. Bu böyük günahımı bağışla!»

 

Hürr dilində tövbə züm-züməsi edə-edə İmamın xeyməsinə yaxınlaşır və hallallıq istəyərək İlahinin onu bağışlayacağını İmamdan soruşur. İmam isə: “Allah mehriban və tövbələri qəbul edəndir” deyib onu sakitləşdirir. Nəhayət Hürr döyüş başlayarkən meydana ilk daxil olan və şəhadət səadətinə yetişənlərdən biri olur. Belə ki, həmin tövbənin sayəsində 1380 ildir ki, İmam Hüseynin zəvvarlarının ziyarət yeri olmuş və daim xoş xatirələrlə yad olunur. Allah bizi həqiqi tövbəkarlardan etsin.

 

 “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (Zumər” 53).

 

/İslaminSesi/

İlahiyyatçı Emil Rahiloğlu

Davamı var...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system