NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 117
Mən belə dünyada yaşamaq istəmirəm - Rəcəb Tayyib Ərdoğan

Mən belə dünyada yaşamaq istəmirəm - Rəcəb Tayyib Ərdoğan

TürkiyəRrespublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, güclünün haqlı olduğu bir dünyada yaşamaq istəmədiyini bildirib.

O, Qərb ölkələrindəki demokratiya anlayışı və bu ölkələrin Türkiyəyə qarşı mövqeyini də tənqid edərək imperializmin amansız çoxluğunun nə edəcəkləri barədə gileylənib. R. T. Ərdoğan bu barədə TRT World Forum toplantısında çıxış edərkən bəyan edib

 

"Təəssüf ki, dünyada ədalət yoxdur. Xüsusilə iqtisadi nöqtədə güclü olanın haqlı kimi təqdim edildiyi bir dünyada yaşayırıq. Haqlı olanın güclü olduğu deyil, güclü olanın haqlı olduğu bir dünya. Belə bir dünya ilə barışmaq mümkün deyil. Mən belə bir dünyada yaşamaq istəmirəm. Belə bir dünyada yaşamaq bizə zülmdür.

Hazırda Türkiyə Suriyadan qaçan 3,5 milyon insana ev sahibliyi edir. Bu ana qədər xərclədiyimiz pul 30 milyarddan çoxdur."

 

"Dünya 5-dən (BMT Təhlükəsizlik Şurasının əsas üzvləri olan ABŞ, Rusiya, Birləşmiş Krallıq, Fransa, Çin - dünyadakı bütün vacib qərar bu ölklərin istəklərindən keçir - İS) böyükdür deyirəm. Dünya artıq 2-ci Dünya Müharibəsinin şərtlərində deyil. Bir dəyişiklik olmalıdır."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system