“Məmurlar prezidentin ayırdığı pulları “Diqlas”da zərər çəkmiş sahibkarlara çatdırmırlar” - İTTİHAM

Oxundu: 127
“Məmurlar prezidentin ayırdığı pulları “Diqlas”da zərər çəkmiş sahibkarlara çatdırmırlar” - İTTİHAM

"Ayrı-ayrı məmurlar "Diqlas" ticarət mərkəzindəki yanğınla əlaqədar prezidentin ayırdığı pulları zərəçəkənlərə çatdırmırlar".

İslaminSesi Modern.az-a istinadla xəbər verir ki, bunu "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda təşkil edilmiş dəyirmi masada çıxış edərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib. O qeyd edib ki, bununla bağlı vətəndaşların çoxsaylı şikayətləri daxil olub:


"Məmuların özbaşınalığı hökumətə inamsızlıq yaradır. Hətta 100-ə yaxın sahibkar bu problemlə üzləşib".


N.Cəfəroğlu bildirib ki, bir sıra məmurlar prezidentin apardığı yaxşı işlərə kölgə salırlar:
"Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın getsin də onları. Onlar üzündən ölkəmizə söz deyilməsin".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system