Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Oxundu: 55
Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.

 

İslaminSesinin Oxu.Az-ı a istinadən  məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. 

 

Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq.

 

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

 

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

 

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system