NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məktəblilər "Həyatından keçmə, piyada keçidindən keç!" dedilər - FOTO

Oxundu: 502
Məktəblilər

Şagirdlərin yol hərəkəti qaydalarına daha mükəmməl yiyələnmələri və onlarda bu sahədə davranış mədəniyyətinin formalaşdırılması məqsədilə Abşeron rayonu Qobu qəsəbəsinin 2 nömrəli tam orta məktəbin 3c sinif şagirdləri sinif rəhbəri Bayramova Samirənin təşkilatçılığı ilə 16.04.2019 -cu il tarixində yol hərəkəti təhlükəsizliyi haqqında "Həyatından keçmə, piyada keçidindən keç!"adlı tədbir keçiriblər.

IslaminSesi-nin verdiyi xəbərə görə, tədbirdə uşaqlar yol nişanları haqqında məlumatlar verib, müxtəlif səhnəciklər göstərib, rəqs ediblər.

 

Tədbirin sonunda məktəbin direktoru L.Əmiraslanova uşaqları uğurlu çıxışlarına görə təbrik edərək həmin mövzuda keçirilən əl işləri sərgisində qalib gələn uşaqlara diplomlar təqdim edib.

 

Belə maarifləndirmə tədbirlərinin təşkili yol-nəqliyyat hadisələrinin, qəzaların qarşısının alınması, həlak olan və xəsarət alanların sayının azalması üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system