NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

Oxundu: 295
Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir

İslaminSesi. Təhsil Nazirliyində yeni vahid məktəbli formasının hazırlanması üçün işçi qrupu yaradılıb. Bu barədə məlumatı Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib.


O, bildirib ki, işçi qrupuna BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də daxildir. Şöbə rəisi deyib ki, təkliflər sırasında yeni hazırlanacaq vahid məktəbli formasının fəsillərə görə fərqli olması da var: "Bizə Təhsil Nazirliyindən vahid məktəbli formasının yeni dizaynda hazırlanması ilə bağlı məktub daxil oldu. Həmin məktubda bizim dizayner və konstruktorun da iştirak etməsi qeyd edilmişdi. Mən Təhsil Nazirliyində yeni dizaynda vahid məktəbli formasının hazırlanması ilə bağlı işçi qrupunun iclasında iştirak etdim. Orada bir sıra təkliflər öz əksini tapmışdı. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir. Təklif edilir ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun. Çünki, yuxarı sinif şagirdləri əksər hallarda məktəbli forması geyinməyə maraq göstərmirlər".


E. Əzimov bildirib ki, yeni vahid məktəbli formasının gələn tədris ilinə hazırlanması nəzərdə tutulur: "Bu ilə bu işi təbii ki, çatdırmaq olmaz. Gələn tədris ilinə qədər yaradılan işçi qrupu bu istiqamətdə çalışacaq, təklif olunan dizaynlar müzakirə ediləcək. Yəqin ki, bizimlə yanaşı başqa tikiş fabrikləri də bu müzakirələrdə iştirak edəcək. Bizim bu işdə təcrübəmiz daha çox olduğundan, BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də işçi qrupuna daxil edildi".
/Sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system