NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məktəb direktoru işdən çıxarıldı

Oxundu: 218
Məktəb direktoru  işdən çıxarıldı

Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

İslaminSesi.info -nın məlumatına görə, məktəb direktorunun işdən azad olunmasına səbəb vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir.

 

Məlum olub ki, 1 nömrəli tam orta məktəbdə direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrinə müəllimlər də məcburi şəkildə cəlb edilib.

 

Bununla yanaşı, məktəbdən dəfələrlə şəhər hüquq-mühafizə orqanlarına, o cümlədən şəhər Təhsil şöbəsinə şikayətlər daxil olub.

 

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system