NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 186
Meksika ştatında həftə ərzində 60-dan çox insan öldürülüb

Meksika ştatında həftə ərzində 60-dan çox insan öldürülüb

Zorakılıq dalğası Meksikanın Quanaxuato ştatında zorakılıq dalğası son günlərdə şiddətli hal alıb

İslaminSesi.info. Bazar ertəsindən etibarən ştatın müxtəlif bələdiyyələrində ən azı 62 nəfər öldürülüb. Bu barədə Periodico Correo  portalı məlumat verib.

 

Portalın bildirdiyinə görə ən pis zorakılıq aktı cümə günü baş verib. Həmin gün Salamanka şəhərinin küçəsində 11 ölü aşkarlanıb. 8 ölünün cəsədləri parşalanıb və qara plastik paketlərə atılıb. 

 

Həmçinin çərşənbə və cümə axşamı ünlərində də Selay şəhərində 5 nəfər şəxs restoranda nahar yeməyi zamanı, restoranın sahibi də daxil olmaqla güllələnib. Cümə axşamına keçən gecə İrapuato şəhərində 4 nəfər güllələnib.  

 

Bir neçə qətl hallarında qatillər öldürülənlərin yanında rəqiblərinin ünvanına "narkoismarıc"lar qoyublar. 

 

Quanaxuato ştatı eyni zamanda bir neçə narkokartelin ərazi üzrə mübahisə zonasıdır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system