NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib

Oxundu: 249
Məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib

"Təkcə 2017-ci ildə dünya üzrə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib".

 

İslaminSesinin Modern.az-a istinadən  məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov bildirib.


S.Kazımov deyib ki, məişət zorakılığı uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb:


“2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, 4-ü isə 2019-cu ilə keçirilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir. Məişət zorakılığına qarşı aparılan mübarizənin səmərəliliyi daha çox məhkəmə araşdırmalarının keyfiyyətini, zərərçəkmiş şəxslərin ədalətli məhkəmə hüququnun təmin edilməsi, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsindən çox asılıdır”.

 

Nazirlik rəsmisi qeyd edib ki, 2017-də Azərbayanda qadın hakimlərin sayı 12 faiz olubsa, 2018-ci ildə bu rəqəm 14.9 faiz təşkil edib:


“Onun sözlərinə görə, məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır:


“Qəbul edilən “Mediasiya haqqında" qanun ailə daxili münasibətlərin mediatorlar vasitəsilə tənzimlənməsi, mübahisələrin həllində mühüm əhəmiyyət kəsb edir. Məişət zorakılığının qarşısının alınması yollarından biri də konfliktin barışıq yolu ilə aradan qaldırılması və ailənin qorunması metodudur. Fikrimcə, məişət zorakılığı qurbanlarının iqtisadi zərərlərinin hesablanması metodologiyasına mənəvi zərərin əmsal kimi əlavə edilməsi məqsədəuyğunluğunun öyrənilməsi də vacibdir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system