NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məhkumların əsrarəngiz əl işləri sərgiləndi - FOTO

Oxundu: 206
Məhkumların əsrarəngiz əl işləri sərgiləndi - FOTO

6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan və məhkumların əl işlərindən ibarət sərgi keçirilib.

"İslaminSesi" - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, millət vəkilləri, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, nazirliyin məsul əməkdaşlarının, Penitensiar Xidmətin cəzaməkmə müəssisələri və istintaq təcridxanalarının rəislərinin iştirakı ilə keçirilən sərgidə nümayiş olunan məhkumların əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə cəzaçəkmə müəssisələrində daha çox məhkumu ictimai faydalı əməyə cəlb etmək, istehsalat sahələrini genişləndirmək, eyni zamanda cəza çəkənləri müxtəlif peşə və məşğuliyyət sahələrinə yönəltmək, onlarda əmək vərdişləri formalaşdırmaq, mədəniyyət və incəsənətə maraq oyatmaq üçün Penitensiar Xidmət tərəfindən mühüm işlər həyata keçirildiyi vurğulanıb.

 

Qeyd olunub ki, məhkumların ictimai faydalı əməyə cəlb edilməsi azadlığa çıxdıqdan sonra onların cəmiyyətə daha tez adaptasiya olunmasına zəmin yaradır. Təsadüfi deyil ki, məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi son vaxtlar daha da sürətlənib. Bu məqsədlə həmin müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilib.

Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək üçün yeni xana dəzgahlarının quraşdırılması və işləyən məhkumların sayının artırılması buna bariz nümunədir.

 

Təqdirəlayiq haldır ki, Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələri yüngül əməyə cəlb etmək məqsədilə Penitensiar Xidmətin təşəbbüsü və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə müəssisədə heykəltəraşlıq dərslərinin tədrisinə başlanılıb.

 

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan ibarət sərgi istedadlı məhkumların ərsəyə gətirdikləri əl işlərinə olan marağın daha da artmasında, eyni zamanda, cəzaçəkmə müəssisələrdəki istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesinə yerli və xarici sahibkarları cəlb edilməsində mühüm rol oynayacaq. Penitensiar Xidmət tərəfindən bu istiqamətdə lazımı tədbirlərin gələcəkdə də davam etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 /Trend/

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system