HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 73
Məhkəmədə Akif Çovdarovla zərərçəkən  mübahisə edib

Məhkəmədə Akif Çovdarovla zərərçəkən mübahisə edib

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

İslaminSesi APA-nın məlumatına istinadən bildirir ki,  Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb.

 

İ. Xəlilov bildirib ki, A. Çovdarov ondan pul alıb.

 

Daha sonra şahid qismində Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib.

 

A. Yaqubov bildirib ki, zərərçəkmiş İlham Xəlilovun dedikləri yalandır, A. Çovdarov ondan pul almayıb. N. Atakişiyev də bildirib ki, İ. Xəlilovdan pul almayıb: "İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır" .

 

A. Çovdarov da zərərçəkmiş İlham Xəlilovun yalan danışdığını deyib: "Yalan deyənin var-yoxuna söyərdim. Lakin qadınlar var açıq danışa bilmirəm".

 

Proses yanvarın 16-da davam edəcək.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system