Məhkəmə müsəlman qadın polisin hicabla işə çıxmasına qərar verdi

Oxundu: 65
Məhkəmə müsəlman qadın polisin hicabla işə çıxmasına qərar verdi

Cənubi Amerikanın şimal-şərq sahillərində yerləşən Trinidadda yaşayan müsəlman polis qadın Şeron Rup, vəzifə borcunu yerinə yetirərkən hicab geymək hüququnu müdafiə edib.

Maide.Az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə O, 2018-ci ildə xidməti zamanı hicab qadağası ilə üzləşib. Belə ki, polis komissarı Stiven Uilyams ona baş örtüyündə işə gəlməyi qadağan edib.
 
Bundan sonra qadın məhkəmədə qanunsuz qadağaya etiraz edib. Hakim Marqaret Muhammad Rupun lehinə qərar verib. 
 
Məhkəmənin qərarına görə, qadının hicab ilə işə gəlmək hüququ var, bundan əlavə, konstitusiya hüquqlarının pozulmasına görə böyük kompensasiya almalıdır.
 
Bir il sonra, eyni hakim Muhammad, Rupun dini etiqad hüququnun pozulduğuna görə aldığı kompensasiya miqdarı ilə bağlı başqa bir qərar verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system