NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məhərrəmin 9-cu günü – Həzrət Abbasın rədd etdiyi amannamə

Oxundu: 126
Məhərrəmin 9-cu günü – Həzrət Abbasın rədd etdiyi amannamə

Ummul-Bəninin igid oğlu Həzrət Əbul-Fəzl Abbas Kərbəlada göstərdiyi qəhrəmanlığa, fədakarlıq və vəfadarlığa görə təkcə şiə dünyasında deyil, bütün islam dünyasında, həmçinin o Həzrəti tanıyanlar üçün dillər əzbəri oldu.

İslaminSesi.info – Bugün məhərrəm ayının 9-cu günüdür. Artıq İmam Hüseyn (ə) və dostları neçə minlik Yezid ordusu ilə üz-üzə idi. Artıq məhərrəmin 7-dən İbn Ziyadın əmri ilə suları da kəsilmişdi. Ağır günlər idi...

 

Məhərrəmin 9-cu günüdə yadda qalan hadisələrdən biri də Ummul-bənin övladlarının misilsiz fədakarlığı idi.

 

Ummul-bənin,  İmam Əlinin 2-ci həyat yoldaşı idi. Xanım Zəhra (s.ə) dünyadan köçdükdən sonra Həzrət Əli (ə), qardaşı Əqlin məsləhət və təkidi ilə ikinci ailə həyatı qurur. İmam (ə) qardaşından istəyir ki, onun üçün həm döyüşlərdə məharətli, həm də Allaha möhkəm etiqadı olan bir tafadan qız seçsin. Əqil İmama (ə) tanınmış qəbilədən pakizə və həyalı bir qadını tanıtdırdı. O, Fatimə Kəlabiyyə bint Hizam bin Xalid idi.

 

Sonradan həzrət Əbul-Fəzl Abbasla yanaşı digər 3 oğlunu Kərbəlada şəhid verən bu anaya Ümmul-Bənin ləqəbi verildi. İmam Əli (ə) belə bir qadınla evləndi və bu evliliyin səmərəsi Kərbəlada İmam Hüseynin qiyamı yolunda şəhid olan həzrət Əbul-Fəzl Abbas və onun 3 qardaşı (Abdullah, Cəfər və Osman) oldu.


Ummul -Bəninin igid oğlu Həzrət Əbul-Fəzl Abbas Kərbəlada göstərdiyi qəhrəmanlığa fədakarlıq və vəfadarlığa görə təkcə şiə dünyasında deyil, bütün islam dünyasında, həmçinin o Həzrəti tanıyanlar üçün dillər əzbəri oldu.


Ummul-Bəninin ısl adı Fatimə binti Hizamdır. O Bəni-Kilab qəbiləsindəndir. İbn Ziyadın yanında müəyyən qədər sözü keçən Ummul-Bəninin qardaşı Abdullah ibn Hizam ondan bacısı balaları üçün aman istəyir. Bu fürsətdən istifadə edən hiyləgər İbn Ziyad bu təklifi qəbul edir və öz katibinə dərhal amannamə yazmağı əmr edir. Sonra məktubu Şimrə verir və Abdullahı da ona qoşub Kərbəlaya göndərir.

 

Məktub əlində olan Şimr irəli çıxıb qışqırır:


Mənim bacım balaları hardadır?! O bir neçə dəfə səslənir. Lakin Əbəlfəz ağa cavab vermir. Bunu müşahidə edən İmam Hüseyn (ə) Həzrəti Abbasdan cavab verməyi və onun yanına getməyi istəyir. Həzrəti Abbas və digər üç qardaşı önə çıxıb Şimrin qarşısına getdilər və o Həzrət buyurdu: Nə lazımdır?


Şimr: Siz mənim bacım balaları sayılırsınız. Bir azdan savaş başlayacaq. Hüseynin (ə) heç bir əsgəri sağ qalmayacaq. Sizin üçün amannamə gətirmişəm. Bu şərtlə ki, Hüseyndən (ə) əl çəkib, dəstəsindən ayrılasız.


Həzrəti Abbas buyurdu: Ələriniz kəsilsin! Allahın lənəti sənə və amannamənə olsun! Ey Allah düşməni sən deyirsən biz Hüseyndən ayrılıb məlun və əsli-kökü bilinməyənlərə boyun əyək?! Sən bizə amannamə gətirmisən amma Allah Rəsulunun (s) övladına yox?! Allahın lənəti sənə və amannamənə olsun!


Tarixi mənbələrdə deyilir ki, vəziyyəti belə görən Abdullah ibn Hizam bacısı balalarını ələ almaq üçün bir nökəri Əbəlfəz ağanın yanına göndərir. Nökər gəlib Ummul-Bəni övladlarına dayılarının salamını və amannaməni çatdırır. Cavabında Həzrəti Abbas buyurur:

 

Allahın bizə verdiyi aman sizin bizə verdiyiniz amandan daha üstündür!

 

Beləcə Həzrət Abbas və Ummul-Bəninin digər 3 övladı İmam Hüseyn (ə) və digər Kərbəla şəhidləri ilə uca şəhadət məqamını fəth etdilər. Həzrət Abbas rəzil insanların amannaməsi ilə bir müddətlik qısa ömür sürməkdənsə, Allah Rəsulunun (s) nəvəsi, Zəhra (s.ə) övladı, Allahın yer üzündə olan höccəti, zəmanə imamı qarşısında şərəflə canını tapşırmağı daha üstün tutdu.

 

Bu gün Həzrət Abbasın məzarı Kərbəlada İmam Hüseynin məzarı kənarında hər gün minlərlə zəvvarın amalına çevrilib. Amma onların düşmənləri tarixin lənətinə tuş gəlib və daima lənətlənirlər. Həmçinin onların axirətdə əbədi əzabı qaçılmazdır.

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system