NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məhərrəmin 6-sı Kərbəlada baş verənlər – Peyğəmbər ailəsi sudan məhrum edilir

Oxundu: 137
Məhərrəmin 6-sı Kərbəlada baş verənlər – Peyğəmbər ailəsi sudan məhrum edilir

Artıq məhərrəm ayının 6-sında Kərbəlada Ömər ibn Sədin rəhbərliyi altında 20 000 qoşun var idi.

 Tarixi mənbələrdə İmam Hüseynin (ə) Kərbəla ərazisinə daxil olması məhərrəm ayının ikisi olduğu qeyd olunur. Qeyd olunur ki, İmamın (ə) karvanı Hürr ibn Yəzid Riyahinin süvari ordusu ilə rastlaşır və öz yaxınlarına göstəriş verir ki, onlara su versinlər. Hürrə və qoşununa su verilir. Sonra zöhr əzanı vaxtı İmamın (ə) öndərliyi ilə camaat namazı təşkil olunur, Hürr və qoşunu İmama (ə) iqtida edərək camaat namazı qılır. İmam (ə) karvanı hərəkət əmri verib yola düşmək istəyəndə Hürr razı olmayıb, hərəkətə mane olur. İmam (ə) Kufəlilərin məktubunu və onların İmamı (ə) dəvət etdiyini bildirir. Hürr başını aşağı salıb : Mən o məktub yazanlardan deyiləm və mənim vəzifəm sizi Übeydullah ibn Ziyadın yanına aparmaqdır deyir. Beləcə Hürr İmamın (ə) hərəkətinə mane olur.

 

İmam (ə) bu yerin adını Hürrdən soruşanda Kəbəla deyə cavab verir. İmam (ə) buyurur: Kərb (qəm-qüssə) və bəla yeri. Atam Siffeynə gedəndə burdan keçirdi mən də onunla idim. O buranın adını soruşdu. Buranın adını eşidəndə buyurdu: Bura onların atlardan düşdüyü yer, ora isə onların qanlarının axdığı yerdir. Mövzunun nə olduğunu sorşanlara dedi: Muhəmməd (s) ailəsi burada atdan düşəcək.

 

Beləcə 2-si məhərrəmdə İmamın (ə) karvanı Kərbəlada dayandı. Sonra ayın 3-ü Ömər ibn Səd 4000 lık qoşunla Kərbəlaya çatdı. İmamın (ə) Kərbəlada dayanmasından təlş içində olan İbn Ziyad Küfə əhalisidən bir dəstə böyükləri tələsik məscidə yığıb 4000 dinarı və 200 dirhəmi onların arasında bölüşdürüb Kərbəlaya İmamla döyüşə təhrik etdi. Beləcə İbn Təmim, Şimir, Şəbəs ibn Rəbii və bir neçə nəfər öz dəstəsi ilə Kərbəlaya tərəf axışmağa başladılar.

 

Bu gedişatla artıq məhərrəm ayının 6-sında artıq Ömər ibn Sədin rəhbərliyi altında 20 000 qoşun var idi.

 

Həmçinin bu gün Həbib ibn Məzahir öz tayfası olan Bəni Əsəd tayfasına kömək istəmək üçün getmiş lakin tək qayıtmışdı.

 

İbni Ziyad bu gün Ömər Sədə məktub göndərir ki, Fəratla Hüseyn (ə) arsında maneə yaradın bir qurtum su içə bilməsinlər. Beləcə Əhli beyt bu gün sudan məhrum edilir.

 

 /İslaminSesi/

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system