NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məhərrəmin 5-ci günündə - Kərbəla

Oxundu: 128
Məhərrəmin 5-ci günündə - Kərbəla

Əhli Beytin (ə) Məkkədən Aşuraya qədər keçdiyi yol islam tarixinin həlledici mərhələlərindən biridir.

Aşura günü, yəni Allah Rəsulunun (s) nəvəsinin şəhid olduğu gün islam tarixində mühüm  bir dönüş nöqtəsi olduğu kimi, bu günə qədər olan hadisələr də aşuranın müqəddiməsi (ilkin mərhələsi)  olaraq həmin gün qədər əhəmiyyətlidir. Çünki belə bir hadisə hər halda qəfil baş vermədi.

 

Bu gün məhərrəm ayının 5-ci günüdür. Bu günün ən önəmli hadisəsi Biharul-ənvarda belə qeyd olunur:

İbn Ziyad hicri 61-ci il məhərrəm ayının 5-ində Zəcr ibn Qeys adlı bir nəfəri 50 süvari ilə Kərbəla yolunun üstünə göndərir ki Kufədən İmama (ə) qoşulmaq üçün yola düşən adamları tutub geri qaytarsın.

 

Tarixi mənbələrdə qeyd olunur ki, bir dəstə ilə yola düşən Amir ibn Səlamə, qəddar Zəcr ibn Qeysin atlı dəstəsi ilə qarşılaşır. Zəcr deyir: Mən bilirəm ki, sən Hüseyn ibn Əlinin (ə) yanına gedirsən. Geri dön!

 

Amir vəziyyəti anlayıb Zəcrin dəstəsinə hücum çəkir və öldürüləcəyini görüb qaçaraq Kərbəlaya doğru yol alır və özünü İmama (ə) yetirirb olanlardan İmamı (ə) xəbərdar edir. Özü də sonra şəhadətə yetişir. Amir ibn Səlamə həmçinin Əli (ə) ın sadiq səhabələrindən olmuşdur.

 

Həmçinin Əvamilul-ulum kitabında qeyd olunur ki, Ubeydullah ibn Ziyad Şibt ibn Rəbini öz sarayına çağırtdırır və ona Kərbəlaya getməyi əmr edir. Əvvəl Şibt getmək istəmir lakin sonra qəbul edir və 1000 süvari ilə Kərbəlaya yola düşür.

 

Mənbələrdə qeyd olunur ki Şibt ibn Rəbi əvvəllərdə Əli (ə) ın quşununda olub, amma sonralar İmam Hüseynin (ə) və Muxtaqın şəhadətində onun böyük canfəşanlığı olub.

 

İmam Hüseynin (ə) Kərbəlası böyük və ağır imtahan idi. Diqqət edəndə görürük ki, illərlə Peyğəmbər (s) və Həzrəti Əli (ə) ilə çiyin-çiyinə olanlar İmam Hüseynə (ə) qarşı çıxdılar və yaxud əksinə.

 

 /İslaminSesi/

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system