NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məhəmməd Salah "Liverpul"un tarixinə düşüb

Oxundu: 369
Məhəmməd Salah

"Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah Premyer Liqanın XXXVI turunda "Haddersfild"la matçda İngiltərə təmsilçisinin tarixinə düşüb.

İslaminSesi - 27 yaşlı yarımmüdafiəçi həmin görüşdə iki qol vurmaqla yeni rekorda imza atıb. Misirli oyunçu "mersisaydlılar"ın heyətində 100-cü matçında 69-cu qolunu vurub. Bu isə klub tarixində ən yaxşı nəticədir.

 

Daha əvvəl Rodjer Hant (1959-1969) və Sem Reybould (1900-1907) ilk 100 oyunda 68 qolla yadda qalıb. 

 

Qeyd edək ki, "Haddersfild"la qarşılaşma "Liverpul"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Salah həmçinin Premyer Liqada 21 qolla bombardirlər siyahısına başçılıq edir. (Report)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system