NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məğlubiyyətin təzahürü - ABŞ-ın Orta və Yaxın Şərq siyasəti iflasa uğrayır

Oxundu: 564
Məğlubiyyətin təzahürü - ABŞ-ın Orta və Yaxın Şərq siyasəti iflasa uğrayır

Tofiq Abbasov: “Amerika böyük fiziki-hərbi və maddi gücə malik olsa da, incə diplomatiya baxımından imkanları məhduddur”

 

2011-ci ildə Suriyada başlayan münaqişədə prezident Bəşər Əsədin dinc sakinlərə güc tətbiq etməsi bəhanə gətirilərək, xüsusən Səudiyyənin təzyiqi ilə Dəməşqin Ərəb Dövlətləri Liqasındakı (ƏDL) üzvlüyü dondurulmuşdu. Bu yaxınlarda   Suriyanın ƏDL-na qayıtmasını 8 ölkənin dəstəklədiyi barədə məlumatlar yayıldı. Belə ki, Suriyanın təşkilata qayıtmasına Livan, Əlcəzair, İraq, Tunis, Misir, Sudan, BƏƏ və Bəhreynin tərəfdar olduğu bildirildi. Bundan əvvəl isə Misir prezidenti Əbdül Fəttah əs-Sisi bəyan etmişdi ki, Suriyanın ƏDL-na qaytarılması üçün Qahirə əlindən gələni edir. ABŞ isə ərəb dövlətlərinə Suriya prezidenti Bəşər Əsədlə münasibətlərinin bərpasına mane olmağa çalışır. Prezident Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini Suriyanın bərpasından və Əsəd hökumətiylə diplomatik münasibətlərin yenilənməsindən imtina etməyə çağırıib. Özü də bu çağırış təhdidlərlə müşayiət edilməkdədir.

 

Belə ki, Ağ Ev bəyan edib ki, Suriyanın bərpasında atılacaq istənilən addım bu ölkələrin ABŞ sanksiyaları ilə qarşılaşmasıyla nəticələnə bilər. Tramp hökumətinin məqsədi  Suriyanın təcridini, Əsəd siyasi islahatlar keçirənə və İran qüvvələrinin Suriyadan çıxarılmasına qədər davam etdirməkdir. Məlumata görə, Vaşinqton bu barədə müttəfiqlərini BƏƏ-nin keçən ilin dekabrında Dəməşqdə səfirliyini yenidən açmasından sonra xəbərdar edib və buna davam etməkdədir.

 

Maraqlıdır, Suriyanın yenidən inkişaf etdirilməsi ilə bağlı ABŞ-ın Bəşər Əsədlə münasibətlərinin bərpasına çalışan ərəb ölkələrini sanksiyalarla təhdid etməsi sülhün əldə olunmasına hansı əngəllər törədir və ümumiyyətlə Ağ Evin bu siyasəti nəyə hesablanıb?

 

“İslamınSesi"nin sualını cavablandıran politoloq Tofiq Abbasovun sözlərinə görə, Amerikanın bu əməli onun superguc iddiasını puç edir: "Amerika Suriya oyununda məglub olduguna görə, indi digər ərəb ölkələrini hədələyir ki, onlar Dəməşqlə münasibətləri bərpa etməsinlər. Bu, daha çox zəiflik əlaməti və Qərbin Yaxın Şərq siyasətinin məğlubiyyətə uğramasının təzahürüdür. Amerika böyük fiziki-hərbi və maddi gücə malik olsa da, onun incə diplomatiya baxımından imkanları məhduddur. Ona görə də ABŞ-ın Orta və Yaxın Şərq siyasəti iflasa uğrayır. Təəssüf ki, Vaşinqton belə vəziyyətdən ibrət götürə bilmir. Bu da Ağ Ev rəhbərinin şəxsi bəlasıdır. Fikrimcə, ərəb ölkələri müstəqil hərəkət etməklə, öz potensiallarlarını inkişaf etdirməlidirlər. ABŞ məhz ölkələrin müstəqil hərəkətinin qarşısını almaq üçün müxtəlif məmləkətlərdə zorla hakimiyyət dəyişikliklərinə əl atır. Əgər dövlətlər, o cümlədən ərəb ölkələri birgə hərəkət etsələr, ABŞ-ın diktəsindən qurtula bilərlər".

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system