Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

Oxundu: 60
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

ABŞ dövlət katibi Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizlə görüşüb.

Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, ABŞ dövlət katibi Səudiyyə Ərəbistanın kralı ilə birgə, yüksək səviyyədə olan qarşılıqlı əlaqələri, regionda cari məsələləri və iki ölkənin cari proseslərlə bağlı vahid mövqeyi haqda fikir mübadiləsi aparıblar.

 

Bu görüşdə Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfiri şahzadə Rima bint Bəndər, ölkənin xarici işlər naziri Feysəl bin Farhan, eləcə də ABŞ-ın ər-Riyaddakı səfiri Con Əbu-Zeyd də iştirak ediblər.

 

Bundan öncə Mayk Pompeo səudiyyəli həmkarı ilə görüşdə, "İranın rəsmi ər-Riyada qarşı xəbis addımlar atdığını" deyərək vurğulayıb ki, ABŞ Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı bütün öhdəliklərinə əməl edir./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system