NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 137
Maşının təkərindən 80 telefon çıxdı

Maşının təkərindən 80 telefon çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

"İslaminSesi.info" DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd "Fuua", 30 ədəd "X-inova", 20 ədəd "Kibosun", 10 ədəd "ZHT", 5 ədəd "Sunelen" və 5 ədəd "B110" markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system