Masallıda pomidor sahələrini qurd basıb - FOTO

Oxundu: 283
Masallıda pomidor sahələrini qurd basıb - FOTO

Masallı rayonunda pomidor sahələrində xəstəlik yayılıb.

İslaminSesi.info - nın bölgə müxbiri xəbər verir ki, xəstəlik bu sahələrə ziyanverici qurdların daraşmasından sonra baş verib.

 

Belə ki, 10 gündən çoxdur ziyanverici həşəratlar sahələrdə məhsulun zay olmasına səbəb olur. Nəticədə rayonun 3 kəndində - Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərində fermerlərə ziyan dəyib.

 

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, yayılan xəstəliklə əlaqədar mütəxəssislər nümunələr götürüb və xəstəliyin nə olduğu tam müəyyən edilib. Ziyanverici el arasında “pomidor sovkası” adlanan qurddur.

 

Sakinlərin dediyinə görə, pomidor sovkası çox vaxt qırmızı yetişmiş pomidorlarda olardı, lakin maraqlısı budur ki, indi yetişməmiş kal pomidorlarda da var.

 

Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir. 

 

Xəstəliyin geniş yayılmaması üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur.

 

Artıq fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumatlar verilib. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılması üçün hazırda sahələrdə dərmanlama işləri aparılır.

 

 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system