NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Marşrutda itən uşaq valideynlərini tapdı - YENİLƏNİB

Oxundu: 141
Marşrutda itən uşaq valideynlərini tapdı - YENİLƏNİB

Bakıda marşrut avtobusunda itkin düşən uşaq ailəsinə təhvil verilib.

"İslaminSesi.info"-nın  məlumatına görə 4 yaşlı Yusifin atası Xamiq Seyidov  açıqlamasında bildirib ki, Sulutəpə qəsəbəsində yaşayırlar: "Özüm "Şamaxinka"da işləyirəm, uşağı da gətirmişdim ki, parka apararam. Səhər biraz parkda oynadı, sonra öz yanıma gətirdim. Mən bu ərazidə 5-ci mərtəbədə işləyirəm. Pilləkənləri nə vaxt düşübsə, xəbərim olmayıb. Küçədən marşruta minib deyib ki, Sulutəpəyə gedirəm, avtobus sürücüsü görüb təkdi, polisə təhvil verib.

 

Oğlumun sudurğası var, həm də dəcəldi. Ona görə nömrəmi kağıza yazıb cibinə qoymuşam, daim orada olur. Polislərə də deyib ki, atamın nömrəsi cibimdədir. Polis əməkdaşları zəng etdilər, gedib götürdüm. İndi uşaq yanımdadır, yaxşıdır".

 

 

***

"İslaminSesi.info" -nın məlumatına görə, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib.

 

Hadisə barədə dərhal DİN 102 “Qaynar xətti”nə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

 

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş edirik.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system