Malidə 20 nəfər mülki insan qətlə yetirildi – Kənd yandırıldı

Oxundu: 83
Malidə 20 nəfər mülki insan qətlə yetirildi – Kənd yandırıldı

Malinin mərkəzindəki Ogossago kəndinə gecə edilən hücum nəticəsində ən az iyirmi mülki şəxs öldürülüb.

 

İslaminSesi AFP-yə istinadən bildirir ki, gecə hücumu nəticəsində 20 nəfər həyatını itirib. Öldürülənlərin bəzilərinin cəsədlərinin yandırıldığı bildirilir.

 

Həmçinin 28 nəfərin yoxa çıxdığı bildirilir ki, bunların da öldürülməsi istisna edilmir.

 

Ölkə rəsmilərinin açıqlamasına görə hadisə ordunun kənddən çıxmasından bir neçə saat sonra baş verib. Ordunun kənddən çıxması ilə 30-a yaxın silahlı kəndə hücum edib. Kəndi yandırıb, əhalisini öldürüblər.

 

Mali hökümətinin məlumatına görə hadisənin törədənlərin Doğon balıqçıları olduğu ehtimal edilir.

 

Xatırladaq ki, 2012-ci il dövlət çevrilişindən indiyə kimi Malidə vətəndaş müharibəsi davam edir. Devrilmiş hökümət çevriliş edən hərbçilərə qarşı Fransadan yardım istəyib. Hazırda Fransa iqtidarı bərpa edilmiş hökümətə dəstək verir.

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system