NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 285
Malayziyanın məşhur ilan təlimçisi kobra sancmasından həlak olub

Malayziyanın məşhur ilan təlimçisi kobra sancmasından həlak olub

İslaminSesi.info. Malayziyanın yanğın və Xilasetmə Departamentinin Kral Kobra Dəstəsinin 33 yaşlı məşhur başçısı Əbu Zərin Husin bu gün xəstəxanada dünyasını dəyişib.

O, üç gün öncə, martın 13-də kobra ilanını tutmağa cəhd etdiyi zaman ilan tərəfindən sancılmış və xəstəxanaya yerləşdirilmişdi. 

 

Əbu Zərin Yanğın və Xlasetmə Departamentində 10 il idi ki, xidmət edir 2015-ci ildə yaradılmış King Cobra Squad dəstəsinə başçılıq edir, yanğınsöndürənlərə zəhərli heyvanları tutmağı öyrədirdi. O, həmçinin ölkədə də çox tanınırdı. 

 

Əbu Zərin əvvəllər də bir neçə dəfə ilanlar tərəfindən sancılmış və 2015-ci ildə kobra sancmasından iki gün komaya düşmüşdü.

 

Tanınmış ilan təlimçisi bacarıqlarını keçən il “Asia’s Got Talent” bacarıq müsabiqəsində də yoxlamış, lakin birinci yeri tuta bilməmişdi.

 

Image result for Abu Zarin Hussin

Image result for Abu Zarin Hussin

Image result for Abu Zarin Hussin

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system