Makron Ramallahda Mahmud Abbasla görüşüb, Fələstin dövlətinin tanınması müzakirə edilib

Oxundu: 77
Makron Ramallahda Mahmud Abbasla görüşüb, Fələstin dövlətinin tanınması müzakirə edilib

Fransa prezidenti Emanuel Makron Yaxın Şərqə səfəri çərçivəsində İsrail işğalında qalmış Qüdsə baş çəkib və daha sonra Ramallaha gedərək, Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşüb.

İslaminSesi Fələstinin rəsmi xəbər agentliyi VƏFA-ya istinadla bildirir ki, Makron və Mahmud Abbas Ramallahda görüş zamanı dünya ictimaiyyətinin qəbul etdiyi “iki dövlətin təsisi prinsipi” məsələsini müzakirə ediblər.

 

Mahmud Abbas ABŞ dövlətinin tam olaraq İsrailin lehinə addımlar atdığını və Yaxın Şərq münaqişəsi danışıqlarındakı vasitəçilik rolunu tamamilə itirdiyini bildirib.


Mahmud Abbas Emanuel Makrondan Avropanın, xüsusilə də Fransanın Fələstin dövlətinin varlığını etiraf etməsini və tanımasını istəyib.


Mahmud Abbas Avropa dövlətlərinin, Fələstinin, paytaxtı Şərqi Qüds olmaqla və 1967-ci ilin əraziləri əsasında “iki dövlətin təsisi prinsipi” çərçivəsində tanınması üçün zəruri addımların atılmasını istəyib.


Agentliyin məlumatına görə Emanuel Makron da öz növbəsində bildirib ki, ölkəsi “iki dövlətin təsisi prinsipi” istiqamətində sülh danışıqlarına dəstək verəcək./SalamNews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system