NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib

Oxundu: 196
Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib

Makedoniyalı parlament üzvləri ölkə Konstitusiyasına dəyişikliklərin daxil edilməsini təsdiq edib.

 

“İslaminSesi” - Məlumatına görə, dəyişikliklərə əsasən ölkənin adı "Makedoniya Respublikası"ndan "Şimali Makedoniya Respublikası"na dəyişdiriləcək.

 

Düzəlişləri 81 (ümumi sayın üçdə ikisi) deputat dəstəkləyib.

 

Xatırladaq ki, Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib.

 

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system