NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mahmud Abbasın müavininə qarşı sui-qəsdə cəhd olub – HƏMAS və Fəth arasında qarşıdurma ola bilər

Oxundu: 352
Mahmud Abbasın müavininə qarşı sui-qəsdə cəhd olub – HƏMAS və Fəth arasında qarşıdurma ola bilər

Mahmud Abbasın müavini və Fələstin muxtariyyətinin baş naziri Rami Hamdullahın başçılıq etdiyi nümayəndə heyəti Qəzzaya daxil olan zaman onlara qarşı partlayış törədilib.

İslaminSesi.info Əlcəzirəyə istinadla xəbər verir ki, partlayış nəticəsində ölən olmasa da yaralananlar var.

 

Fələstin muxtariyyəti Qəzza Zolağını nəzarətdə saxlayan HƏMAS-ın baş nazir Həmdullah və digər nümayəndələrin sağlamlığı ilə bağlı məsuliyyət daşıdığını bildirib.

 

Qeyd edək ki, HƏMAS və Fəth hərəkatları 10 il ixtilafdan sonra mühüm razılaşmanı əldə etmişdilər. Razılaşmaya əsasən HƏMAS Qəzza Zolağında olan bütün dövlət dairələrini Mahmud Abbasın başçılıq etdiyi administrasiyaya təhvil verməlidir. Fələstin muxtariyyətinin baş naziri Rami Hamdullahın başçılıq etdiyi nümayəndə heyəti Qəzzaya səfəri də bu məqsədlə baş tutmuşdu.

 

Bu anlaşmaya HƏMAS-ın tərki-silah edilməsi daxil edilməmişdi. HƏMAS-ın tərki-silah edilməsini ABŞ, İsrail, Misir hökuməti və Səudiyyə Ərəbistanı tələb edirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system