DÜNYA

Oxundu: 45
Mahmud Abbas və HƏMAS-dan Trampa xəbərdarlıq: Cəhənnəmin qapıları açılacaq

Mahmud Abbas və HƏMAS-dan Trampa xəbərdarlıq: Cəhənnəmin qapıları açılacaq

Donald Trampın Qüdslə bağlı birtərəfli qərarından sonra Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas bildirib ki, bu işlə ABŞ sülh danışıqları prosesindən çıxmış olub. HƏMAS da öz növbəsində bildirib ki, ABŞ-ın bölgədəki manafelərinin üzünə cəhənnəmin qapıları açılmış oldu.

İslaminSesi.info xəbər verir ki, Fələstinin HƏMAS Təşkilatı ötən gün Trampın Qüdslə bağlı qərarına sərt reaksiya verib.

 

Trampın sözügedən qərarını, fələstinlilərə qarşı açıq-aşkar təcavüzkar addım hesab edən HƏMAS verdiyi bəyanatda bölgədə ABŞ mənafelərinə qarşı cəhənnəm qapılarının açılacağını bildirib.

 

HƏMAS bütün ərəb və müsəlman ölkələrini ABŞ-la siyasi və iqtisadi əlaqələri kəsməyə və səfirlərini çıxarmağa çağırıb.

 

Fələstinin İslami Cihad Hərəkatının baş katibinin müavini Ziyad Nəxxalə Qüdslə bağlı qərarı muharibənin elan edilməsi kimi qiymətləndirib.

 

Fələstin muxtariyyətinin lideri Mahmud Abbas da kəskin etiraz edərək, müsəlman və ərəb dövlətlərini hərəkətə keçməyə çağırıb. O bildirib ki ABŞ bu işi ilə Fələstin sülh danışıqlarındakı aparıcı rolunu kənara qoymuş və onu tərk etmiş hesab edilir.

 

Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının Mərkəzi Şurasının toplanmağa, vahid mövqe ortaya qoymağa və bütün seçimləri qarşıya qoymağa çağırıb.

 

“Fələstin və onun tarixi bir qərarla dəyişən deyil. Trampın Qüds şəhərinin reallıqlarını dəyişməyəcək.” deyə Mahmud Abbas xəbərdarlıq edib.

 

Qeyd edək ki, İslam Əməkdaşlqı Təşkilatı məsələ ilə bağlı gələn həftə İstanbulda fövqəladə toplantı keçirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system