NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mahmud Abbas İsrail prezidentinə başsağlığı verdi

Oxundu: 394
Mahmud Abbas İsrail prezidentinə başsağlığı verdi

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas İsrail prezidenti Reuven Rivlinin həyat yoldaşının vəfatına görə ona başsağlığı verib.

 

"İslaminSesi" Əlcəzirəyə istinadla xəbər verir ki, Mahmud Abbasın İsrail prezidentinə başsağlığı verməsi fələstinli hərəkatların qəzəbinə səbəb olub.

Başsağlığına ilk reaksiya HƏMAS-dan gəlib. HƏMAS-ın sözçüsü Əbdüllətif əl-Qanu Mahmud Abbasın bu addımını fələstinlilərə edilən xəyanət adlandırıb.

O bildirib ki, "bu addım fələstinli şəhid ailələrinin kürəyinə sancılan xəncərdir."

Qeyd edək ki, Mahmud Abbas İsrail prezidenti ilə telefon təmasında olaraq onun həyat yoldaşının ölümünə görə başsağlığı verib.

Reuven Rivlin dərdinə şərik olduğuna görə Mahmud Abbasa təşəkkür etdiyini bildirib.SalamNews

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system