NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Maduro ordusunun sayını artırır - daha bir milyon adam

Oxundu: 79
Maduro ordusunun sayını artırır - daha bir milyon adam

Venesuela prezidenti Nikolas Maduro ölkənin silahlı qüvvələrinin tərkibində vətəndaş qoşunu olan Venesuela milli milisinin sayını ilin sonunadək daha bir milyon nəfər artırmaq lazım olduğunu bildirib.

İslaminSesi-nin BBC-yə istinadən verdiyi xəbərə görə, birbaşa prezidentə tabe olan milislə bağlı bu qərar müxalifət lideri Xuan Quaydonun Venesuela hərbçilərini Maduronu dəstəkləməkdən çəkindirmək cəhdləri fonunda səslənib.

 

Bundan başqa, prezident, milis ordusunun iki milyon üzvünü kənd təsərrüfatı işlərində aktiv iştirak etməyə çağırıb, çünki Venesuela artan iqtisadi böhranla mübarizə aparmağa davam edir. Böhran nəticəsində ölkədə bir çox insan ərzaq çatışmazlığından əziyyət çəkir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system