NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 98
Madrid şənbə günü Kataloniyanı muxtariyyətdən məhrum edən konstitusiya maddəsini tətbiq edəcək

Madrid şənbə günü Kataloniyanı muxtariyyətdən məhrum edən konstitusiya maddəsini tətbiq edəcək

İspaniya hökuməti qarşıdakı şənbə günü keçiriləcən iclasında ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək niyyətindədir.

Bu maddə Kataloniyanın muxtariyyət statusunun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. İslaminSesi.info-nun RİA-ya istinadla verdiyi məlumata görə, bunu İspaniyanın baş naziri Mariano Raxoy Brüsseldə mətbuat konfransında bildirib.

 

Belçika paytaxtında Aİ-nin sammitində çıxış edən baş nazir bildirib ki, "155-ci maddənin qəbul edilməsi haqqında qərar sabah İspaniya nazirlər şurası tərəfindən qəbul ediləcək". 

 

İspaniyanın baş naziri qeyd edib ki, "Biz qanunçuluğu bərpa etməliyik. hökumət qanuna əməl olunmayan ərazi ola bilməz. Bizim məqsədimiz ikilidir: Qanunçuluğa qayıtmaq və institusional normanı bərpa etmək".

 

Xatırladaq ki, İspaniyanın tərkibindəki Kataloniya Müxtariyyəti oktyabrın 1-də müstəqillik haqda referendum keçirmiş, İspaniya hökməti isə onun nəticələrini tanımadığını açıqlamışdı.

 

Müxtariyyətin rəhbəri Karles Puçdemon muxtariyyətin seçicilərinin 90 faizinin "hə" dediyi referendum nəticələrinin müstəqillik elan etmək üçün kifayi əsas olduğunu bildirərək, regional parlamentə müstəqilliyin elan edilməsinin ispan höküməti ilə danışıqlara üçün təxirə salmasını təklif etmişdi. İspan höküməti isə Kataloniyadan müstəqilliyin elan edilib-edilməməsinə dəqiq qərar verməsini tələb etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system