Lukaşenkonun İttifaq Dövləti haqqında emosional fikirləri Kremli ayağa qaldırdı

Oxundu: 172
Lukaşenkonun İttifaq Dövləti haqqında emosional fikirləri Kremli ayağa qaldırdı

Rəsmi Moskva Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya və Belarus İttifaqı ilə bağlı vəziyyətə dair emosional açıqlamalarına diqqət çəkib.

 

İslaminSesi İnterfax-a istinadən xəbər verir ki, jurnalistlərin müvafiq sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İttifaq dövlətinin yaradılması barədə sadəcə fərziyyə irəli sürüldüyünü bildirib. "Əgər bu, Belarusun maraqlarına cavab vermirsə, artıq onların öz işidir" deyə Peskov əlavə edib.

 

Bununla belə prezidentin mətbuat katibi Rusiya-Belarus ittifaqının qorunmasının hər iki dövlət üçün faydalı olduğuna diqqət çəkib..

 

Xatırladaq ki, dünən Belarus prezidenti Lukaşenko, "Rusiya İttifaq dövləti çərçivəsində inteqrasiya proqramı ilə bağlı Belarusa daim yeni şərtlər qoyur" - deyə müxbirlərə açıqlama verib. Prezidentin sözlərinə görə, onun ölkəsi bu səbəbdən iqtisadiyyatda həmişə nəsə itirib. "Bağışlayın, bu halda belə bir ittifaq nəyimizə lazımdır", - deyə o əlavə edib.

 

Lukaşenko, respublikanın suverenliyinə xələl gələcəyi təqdirdə Minskin Moskva ilə inteqrasiya sənədlərini imzalamayacağını da vurğulayıb. Bundan əlavə, o, respublikanın Rusiya ilə hərbi ittifaq yaratmadığına diqqət çəkib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system