NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Lukaşenko Türkiyəyə səfər edəcək

Oxundu: 632
Lukaşenko Türkiyəyə səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko apreldə Türkiyəyə rəsmi səfər edərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

"İslaminSesi" - “Belta” bildirir ki, bu barədə Türkiyənin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Kezban Nilvana Darama ilə görüşündə A.Lukaşenko özü açıqlama verib.

 

“Münasibətlərimizdə yaxşı olan hər şey göz önündədir və bu barədə danışmaq xoşdur. Amma həmişə həllini gözləyən problemlər də olur. Əks halda, əgər hər şey yaxşıdırsa, görüşməyə və danışıqlar aparmağa ehtiyac qalmazdı. Və mən istərdim ki, bu gün, sabah və uzunmüddətli perspektivdə həll etməli olduğumuz problemli məsələləri açıq şəkildə müzakirə edək” – Lukaşenko vurğulayıb.

 

Lakin türkiyəli səfir cavabında bildirib ki, “ölkələrimiz arasındakı münasibətlərdə problemlərin olduğunu görmürük və bunu, qürur duymaq üçün bir əsas hesab edirik”.(Virtualaz)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system