"Lukaşenko Rusiya və Belarusu birləşdirsin" – Jirinovski

Oxundu: 82

Belarus Prezidenti Aleksandr Lukaşenko üçün hər il ölkəni idarə etmək daha da çətinləşir. Onun üçün ən yaxşı seçim Rus və Belarusu birləşdirməkdir.

İslaminSesi xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

 

“O, artıq Avropadakı ən yaşlı rəhbərdir – 25 ilə yaxındır hakimiyyətdədir. Qərbdə də onu qəbul etmirlər, Şərqdə də hər istədiyi alınmır. O, istəyir ki, Rusiya bazarı onun özününkü kimi olsun, qiymətlər eyni olsun, bununla belə Minsk müstəqil xarici siyasət aparsın. Bu, necə ola bilər? Buna görə də hazırda onun üçün ən yaxşı variant Belarusun müasir Boqdan Xmelnitskisi olmaq və nəhayət Rus və Belarusu birləşdirməkdir”, - Jirinovski bildirib./Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system