NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Londonda yarım milyon insan ikinci referendum tələbi ilə etiraz aksiyası keçirib

Oxundu: 187
Londonda yarım milyon insan ikinci referendum tələbi ilə etiraz aksiyası keçirib

Britaniyanın paytaxtı Londonda “People’s Vote” (Xalq Səsverməsi) adlı aksiya keçirilib.

 

İslaminSesi bildirir ki, “Report”un Qərbi Avropa bürosunun verdiyi xəbərə görə, aksiyada iştirak edən yarım milyon insan “Brexit”lə bağlı son razılıq üçün ikinci referendumun keçirilməsini tələb edib.

 

Aksiya iştirakçıları əllərində “Biz Avropa İttifaqından çıxmaq istəmirik”, “Tereza Meyə yox!”, “Avropa İttifaı ilə daha güclüyük”, “Gənclər "Brexit"ə qarşıdır”, “Bizə son sözü demək haqqı tanıyın” – şüarları olan plakatlarla “Park Lane”dən Hökumət evinin olduğu “Westminister” ərazinə doğru yürüyüş ediblər.

 

Aksiya iştirakçılarından biri Viliam Mog kütləvi tədbir üçün Leeds şəhərindən gəldiyini deyib. O, bildirib ki, Avropa İttifaqından ayrılmaq Britaniya üçün zərərli olacaq: “Biz Avropa İttifaqı ilə birgə güclü olduğumuza inanırıq. Bu gün də bura yenidən referendumun keçirilməsini dəstəkləmək üçün gəlmişik”.

 

Qeyd edək ki, kütləvi tədbirə parlament üzvləri ilə yanaşı, Londonun meri Sadiq Khan da dəstək verib.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system