Londonda NATO və Trampa qarşı etiraz mitinqi

Oxundu: 92
Londonda NATO və Trampa qarşı etiraz mitinqi

Londonda keçirilən NATO Sammiti ilə paralel olaraq ABŞ prezidenti Donald Trampa qarşı da etiraz aksiyaları başlayıb. Etirazçılar NATO və Amerika liderini Yaxın Şərq və Latın Amerikası ölkələrinə qarşı təcavüzdə ittiham edirlər.

 

Etirazçılar Trafalqar meydanına toplaşıblar. Onlar əllərində "NATO! Əlini Fələstindən çək!", "Əlini Kubadan çək!" və sair şüarlar yazılmış plakatlar qaldırıblar.
 
Əlində plakat qaldırmış başqa bir qız isə "Tramp, Milli Səhiyyə Xidmətindən əlini çək!" deyə tələb səsləndirib. Müxalif Aksiya iştirakçılarının çoxu İngiltərənin Baş naziri Boris Consona qarşı da çıxaraq onu ingilislərin deyil, ABŞ-ın maraqlarına çalışmaqda ittiham edib.
 
Meydandakı mitinqdən sonra etirazçılar Kraliçanın NATO liderlərini qəbul etdiyi Bukinqam Sarayına yürüş ediblər. /FaktXəbər

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system