Liviyanın qiyamçı generalı və rəsmi rəhbəri Moskvaya gedir

Oxundu: 31
Liviyanın qiyamçı generalı və rəsmi rəhbəri Moskvaya gedir

Qiyamçı Liviya Milli Ordusunun (LNA) komandiri, marşal Xəlifə Haftar və Liviya Milli Razılaşma Hökümətinin (PNS) başçısı Fayez Sarrac Moskvaya gedəcək.

İslaminSesi xəbər verir ki, onlar Liviyadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edəcək. Liviya üzrə Rusiya təmas qrupunun rəhbəri Lev Dengovun dediyinə görə, danışıqların yekununda atəşkəs razılaşmasının imzalanacağı da gözlənilir. 

 

Diplomatın sözlərinə görə, nümayəndə heyətinin tərkibinə PNS Ali Dövlət Şurasının rəhbəri Xalid Mişri və Liviyanın şərqində fəaliyyət göstərən parlamentin spikeri Aqila Saleh də daxil olacaq.


Ancaq Sarac və Haftar arasında ikitərəfli görüşün planlaşdırılıb-planlaşdırılmadığı bilinmir. Ayrı-ayrılıqda onlar Rusiya hakimiyyət nümayəndələri və Liviyadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyası ilə qarşılıqlı fəaliyyət göstərən Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.


Xatırladaq ki, BMT tərəfindən rəsmi tərəf kimi qəbul edilən Milli Razılaşma Hökuməti (PNS) və qiyamçı Liviya Milli Ordusu (LNS) general Xəlifə Haftar yanvarın 12-də atəşkəs barədə razılığa gəliblər./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system