NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Liviya rəsmisi mühacir kampına edilən hücumda Misiri günahlandırdı

Oxundu: 1647
Liviya rəsmisi mühacir kampına edilən hücumda Misiri günahlandırdı

Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri Liviyada afrikalı miqrantların yaşadığı sığınacağa edilən hücumu pisləyib və bunun günahkarlarına işarə edib.

  

“İslaminSesi” xəbər verir ki, Xalid əl-Mişri bu barədə özünün “twitter” hesabında məlumat verib.

 

Əl-Muşri sosial hesabında hər hansı bir dövlətin adını qeyd etməyib, lakin o, Afrika İttifaqına rəhbərlik edən deyə işarə edib:

“Bu gün Afrika İttifaqına rəhbərlik edən məlum ölkə, Tacura şəhərində muhacirləri bombalayıb. Beynəlxaq hüquq komitələri bunun məsullarını cəzalandırmalı, bu pozğunluğa son qoymalıdır.”

 

Xarici KİV-lər Xalid əl-Mişrinin Misirə işarə etdiyini yazıblar.

(arabi21.com) (yenisafak.com.ar)

 

Qeyd edək ki, iyulun 3-ə keçən gecə Liviyanın Tacura şəhərində Afrikalı miqrantların müvəqqəti məskunlaşdığı kampa təyyarələrlə hücum edilib və son məlumatlara görə 53 ölü, 130 yaralı vardır. 

 

Xatırladaq ki, Afrika İttifaqı 2002-ci ildə Müəmmar Qəzzafinin təşəbbüsü və rəhbərliyi ilə qurulmuş və 55 üzvü vardır. Hazırda bu qruma Misir prezidenti Əbdul-Fəttah Sisi sədrlik edir.

 


Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system