Livan baş nazirinin yeni höküməti hazırdır

Oxundu: 81
Livan baş nazirinin yeni höküməti hazırdır

Livanın yeni baş naziri Hassan Diyab, bir neçə saat ərzində Nazirlər Kabinetini prezidentə təqdim edəcək.

 

İslaminSesi Livan mediasına istinadən xəbər verir ki, Livanın yeni baş naziri Hassan Diyab, 20 nazirdən ibarət yeni heyətin adlarını prezident Mişel Auna təqdim edəcək.

 

Yeni höküməti təşkil edən nazirlərin adlarının yaxın vaxtda elan ediləcəyi bildirilir.

 

Xatırladaq ki, Livan son onillikdə ağır iqtisadi böhran yaşayır. Son bir neçə ayda ölkəni bürüyən etiraz dalğası sabiq baş nazir Saad Haririnin istefa verməsi ilə nəticələnmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system