Livanda etirazlar zamanı təhlükəsizlik qüvvələrinə hücum edilib – Yaralılar var

Oxundu: 87
Livanda etirazlar zamanı təhlükəsizlik qüvvələrinə hücum edilib – Yaralılar var

Livanın paytaxtı Beyrutda etirazlar davam edir.

 

İslaminSesi.info Alalam-ə istinadən xəbər verir ki, axşamdan başlayan etirazlar davam edir. Şəhərdə yollar bağlanıb. Atəş səsləri eşidilir.

 

Livan Daxili Təhlükəsizlik Qüvvələrinin Baş İdarəsinin məlumatına görə etirazçılar təhlükəsizlik qüvvələrinə hücum edib, 40-dan artıq təhlükəsizlik əməkdaşı yaralanıb.

 

Təhlükəsizlik İdarəsinin hadisə ilə bağlı bəyanatında deyilir:

"İfadə azadlığı müqəddəsdir və konstitusiya da bunu təmin edilir. Ancaq bu, dövlətə və şəxsi mülkiyyətə edilən hücumlara əsas vermir.  İfadə azadlığı, bu günə qədər 40 nəfərin yaralandığı daxili təhlükəsizlik qüvvələrinin üzvlərinə hücum etməyə imkan verirmi?"

 

Xatırladaq ki, insanlar küçələrə yaşayışın yaxşılaşdırılması və vergilərin azaldılması tələbi ilə çıxıb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system