Livan və İraqdakı aksiyaları daxili müharibəyə çevirmək istəyənlər var - İran prezidenti

Oxundu: 69
Livan və İraqdakı aksiyaları daxili müharibəyə çevirmək istəyənlər var - İran prezidenti

"Livanda və İraqda xalq problemlərinin aradan qaldırılması üçün aksiyalar keçirəndə ABŞ və müttəfiqləri bu etirazları nəzarətə keçirməyə can atırlar. Bu ölkələrdəki aksiyaları daxili müharibəyə çevirmək istəyənlər var."

 

İslaminSesi PressTv-ə istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Tehranda keçirilən 33-cü Beynəlxalq Vəhdət Konfransında çıxışı zamanı deyib.

Həsən Ruhani son ayda İraq və Livanda olan etirazlar və iğtişaşlara toxunaraq, ABŞ və müttəfiqlərinin bu etirazlar dalğasını nəzarətə götürmələri barədə xəbərdarlıq edib və bildirib ki, sözügedən aksiyaları daxili müharibəyə çevrimək istəyənlər var.

Həsən Ruhani bildirib ki, ABŞ müsəlman və region ölkələrinin dostu deyil.

İranın prezidenti Beynəlxalq Vəhdət Konfransında çıxışı zamanı vurğulayıb ki, Fələstin məsələsi müsəlmanların müzakirə obyektində olan ən öncül məsələ olmalıdır.salamnews

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system