NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Livan parlament sədrinin bu bəyanını heç bir körfəz ərəb dövləti rəsmisi edə bilməz

Oxundu: 431
Livan parlament sədrinin bu bəyanını heç bir körfəz ərəb dövləti rəsmisi edə bilməz

“Müsəlman dövlətlərini Vaşinqtondakı səfirliklərini köçürməyə, Tramp administrasiyasını baykot etməyə çağırıram. Qoy Tramp Qüds və Fələstinlə bağlı mövqeyindən əl çəksin. Həmçinin ərəb və müsəlman dövlətlərini çağırıram buna ki İsrailin səfirliyini bağlasınlar.”

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu Livan Parlamentinin sədri Nəbih Birri deyib.

 

N.Birri bu gün Tehranda keçirilən müsəlman dövlətlərin 13-cü parlamentlərarası konfransında çıxışı zamanı Oslo anlaşmasının dayandırılmasını istəyib.

 

N. Birri Trampın Qüdslə bağlı siyasətinin dəyişməsi və işğal edilmiş ərazilərdə yeni yəhudi yaşayış massivlərinin salınmasının qarşısını almaq üçün Vaşinqtondakı müsəlman dövlətləri səfirliklərinin köçürülməsini tələb edib.

 

Livan parlament sədri müsəlman dövlətlərini beynəlxalq qətnamə və sazişlərə məhəl qoymayan Amerikanın siyasətlərinə qarşı ayağa qalxmağa çağırıb.

 

Qeyd edək ki, bu toplantıya Səudiyyə, Bəhreyn və BƏƏ qatılmayıb.

 

Xatırladaq ki, Fələstin Azadlıq Təşkilatı ötən gün fövqəladə iclas keçirib. Bu toplantıda Fələstin Azadlıq Təşkilatının İcraiyyə Şurasından tələb edilib ki, İsraili dövlət kimi tanımağı ehtiva edən Oslo anlaşmasını dondursun.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system