DÜNYA

Oxundu: 347
Livan Kəşfiyyatı İŞİD-in dəhşətli terror aktlarının qarşısını belə aldı

Livan Kəşfiyyatı İŞİD-in dəhşətli terror aktlarının qarşısını belə aldı

Livan Kəşfiyyatı 5 ay müddətində İŞİD sıralarında saxladığı şəxs və şəxslərin vasitəsi ilə ölkədə böyük terror aktlarının qarşısını ala bilib.

İslaminSesi.info əl-Mənar telekanalına istinadla xəbər verir ki, bu barədə Livanın daxili işlər naziri Nihad əl-Mənşuq məlumat verib.

 

Livanın ən-Nəhar qəzeti nazirə istinadla bildirib ki, Livan Kəşfiyyatının bu əməliyyatı nə inki ölkə hətta ərəb dünyası müstəvisində misilsiz bir əməliyyat olub.

 

Bildirilib ki, Əbu-Cəfər əl-İraqi ləqəbli biri İŞİD daxilində yerləşdirildi. Və bundan sonra çoxlu terror planlarının üstü açıldı.

 

Xatırladaq ki, Livan ordusu və Hizbullah ötən il ölkənin Ərsal və əl-Biqa bölgəsini İŞİD və ən-Nusra Cəbhəsi qruplaşmasından tam şəkildə təmizləyə biliblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system