NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 270
“Like” et, bilim  kimsən - Bizi bizdən yaxşı tanıyan sosial şəbəkə

“Like” et, bilim kimsən - Bizi bizdən yaxşı tanıyan sosial şəbəkə

Saniyələr əvvəl "Taxt-tac Oyunları" fimindən bir kadrı sosial şəbəkədə bəyənmisinizsə, anında sizin xəbər lentinizdə həmin filmlə əlaqədər xəbərlər peyda olmağa başlayır.

İslaminSesi BBC-ə istinadən bildirir ki, Tvitter, Facebook və ya Amazon kimi nəhəng şirkətlər sizin haqqınızda sizdən çox bilirlər. Elektron izin  olması kifayətdir ki, sizin əslində nə istədiyinizi üzə çıxarda bilsinlər. Stanford universitetinin professoru Mixail Kosinski bildirir ki, sosial şəbəkələr insanın əldə etdiyi qazancından tutmuş, maraqlarına və cinsi oriyentasiyasına qədər hər şey barədə məlumatlı olurlar. Bu təkcə biznes maraqlarına görə deyil. Mixail Kosinski artıq yeni bir texnologiyanın üzərində işləyir. Bu texnologiya ilə artıq yerləşdirilmiş foto və ya video ilə şəxsin pedofil, zorakılıqla məşğul olması və ya qatil olması müəyyənləşdirilə biləcək.(Bu fotoalar bu sayılanları əks etdirməsə belə) O bildirib ki, artıq heç bir şəxsi gizlilikdən əsər-əlamət qalmayıb. 

 

Bəzən sosial şəbəkədə "bəyənmə" klikini sadəcə olaraq dostlara dəstək vermək üçün edərik. Onlar səhv yolda olsa da, bunu edərik. Adətən insan qarşısındakı insanın siyasi görüşlərini müəyyənləşdirməkdə çətinlik çəkir. Amma kompüter alqoritmasının belə problemi yoxdur. Cəmi "200 like" kifayətdir ki, sizin şəxsiyyətiniz çözülsün. Facebook bizim haqqımızda üzdə göründüyümüz, yəni özümüzü təqdim etdiyimizdən daha çox məlumata malikdir. 

 

Məsələn, sizin film və ya musiqi zövqünüzü götürür və bununla sizin şəxsiyyətinizi və maraqlarınızı müəyyənləşdirir. Sosial şəbəkədə"like"lar sizin siyasi seçiminizi, yaşınızı, cinsinizi , narkotika qəbul etdiyinizi və ya etmədiyinizi , boşandığınızı, ailənizlə və ya ayrı yaşadığınızı asanlıqla müəyyənləşdirir. Bu aydın bir faktdır ki, liberallar ətraflarına liberalları, mühafizəkarlar mühafizəkarları və ya nəyəsə meyililər öz ətraflarına özünə bənzərləri yığarlar. Eyni məlumat sizin paylaşdığınız statuslar və ya paylaşımlar haqqında da toplanır. Sizə kimlər reaksiya verir və hansı dairəyə məxsussunuz. 

 

Yaxşı bu məlumatlar Facebookun nəyinə lazımdır və sizin haqqınızda hara məlumat ötürür? 

Facebook reklam agentlikləri üçün məlumat bazasıdır. Onlar bu məlumatları şirkətlərə ötürürək qarşılarındakı müştərini müəyyənləşdirirlər. Reklam nə qədər insana göstəriləcək və o insanlar buna nə reaksiya verəcəklər?!. Sizin dosyeniz asanlıqla müxtəlif şirkətlərə ötürülə bilər. Bu məlumatlar satılır. Biznes deməkdir, pul deməkdir.  Yəqin ki, Silikon vadisindəki o məşhur cümləni bilirsiniz: Əgər siz siz ərzağa və xidmətlərə görə pul ödəmirsinizsə, onda özünüzü əmtəəsiniz. 

 

Əgər Facebook xəbər lentindəki reklamlara görə narahat olursunuzsa yadınızda saxlayın ki, onlar sizin "like" ların nəticəsidir. Sizin "like"lar toplunuzun analizi bu cür reklamların sizə gəlməsinə səbəb olub. Bu bəlkə də sizin özünüzün özünüzdən belə gizlətdiyiniz xarakterinizin üzə çıxmasıdır. Necə deyərlər nəyi "Like" edirik, onu görürük. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system