NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 301
Lənkəranda evlərdən oğurluq edən iki nəfər saxlanılıb

Lənkəranda evlərdən oğurluq edən iki nəfər saxlanılıb

Lənkəran Şəhər-Rayon Polis şöbəsi əməkdaşlarının şəhər ərazisində iki evdən baş vermiş oğurluqla əlaqədar keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib.


"İslaminSesi.info" bildirir ki, DİN mətbuat xidmətinin Lənkəran Regional qrupundan  verilən məlumata görə, şəhər sakinləri Anar Liftiyev və tanışı Farid Bəşirov Lənkəran şəhəri M.M.Axund küçəsindəki fərdi yaşayış evlərinin birinə gizli yolla daxil olaraq oradan 2000 manat dəyərində məişət əşyalarını oğurladıqları məlum olub.

 

Onların həmçinin şəhərin Z.Əliyeva küçəsindəki evlərin birindən 1500 manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən olunub.

 

Saxlanılan hər iki şəxs istintaqa təhvil verilib və oğurlanmış əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.apa

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system