NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 108
Lənkəranda ağır qəza - Ata öldü, qızı yaralandı

Lənkəranda ağır qəza - Ata öldü, qızı yaralandı

Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb.

İslaminSesi ARB TV- ə istinadən xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olan Zaur Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

 

Qəza zamanı “VAZ-2106”-nın sürücüsü Qalib Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə olan qızı Rumiyyə Əliyeva, eləcə də “Mercedes” markalı avtomobilin sürücüsü olan Zaur Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır./musavat.com

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system