NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Lənkəranda 25 hektar sahədə ziyanvericilər aşkarlanıb

Oxundu: 173
Lənkəranda 25 hektar sahədə ziyanvericilər aşkarlanıb

Lənkəran rayon ərazisində kiçik tut odlucasının (Glyphodes pyloalis Walker) IV nəslinə qarşı mübarizə tədbirləri aparılır.

"İslaminSesi.info" bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən  verilən məlumata görə, yerli mütəxəssislər tərəfindən 220 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 25 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən edilib.

 

Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında 4 ha sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə zamanı ciləmə üsulu ilə alfa-sipermetrin tərkibli Siperkor 25 EC preparatından (0.3 l/ha - 250 qr/l tərkibdə) istifadə edilib. Hazırda davam etdirilən müşahidə və mübarizə tədbirləri İstisu və Liman qəsəbələrini və Aşağı Nüvədi kəndini əhatə edib. Eyni zamanda mütəxəssilər tərəfindən fermer təsərrüfatı sahiblərinə müvafiq tövsiyələr verilir və zərərvericilərə qarşı mübarizənin aparılması qaydası izah olunur.

 

Məlumat üçün bildiririk ki, kiçik tut odlucasının kəpənəkləri orta ölçülü (20-23 mm) olub, qızılı-sarı rəngdədir. Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında əsasən (21:00-24:00 radələrində) baş verir. Pupdan çıxdıqdan 1 gün sonra cütləşir və yumurta qoymağa başlayırlar. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrü 3-20 gün təşkil edir.

 

Avqust-sentyabr aylarında III və IV nəsilləri bitkilərə çox ciddi ziyan vururlar. Bir bitki üzərində iki nəslin ard-arda inkişafı, yarpaqların 70-80% yeyilməsinə səbəb olur və ağacın quruması təhlükəsi yaranır. Payızda çəkil və tut ağaclarının ətrafında tökülmüş yarpaqlarının toplanaraq yandırılması qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda, eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində bellənməsi və qurumuş budaqların kəsib yandırılması yaxşı nəticə verər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system